İsrailin Baş naziri Milli Təhlükəsizlik Şurasına yeni rəhbər təyin edib

İsrailin Baş naziri Naftali Bennett bu gün Eyal Xulatanın Nazirlər Kabinetinin Milli Təhlükəsizlik müşaviri və İsrail Milli Təhlükəsizlik Şurasının başçısı təyin edilməsi ilə bağlı qərar imzalayıb.

Bu barədə Baş nazirin ofisi açıqlama yayıb.

45 yaşlı E.Xulata “Mossad”da strateji planlaşdırma, siyasət və texnologiya rəhbərliyinə nəzarət də daxil olmaqla, bir sıra rəhbər və inzibati vəzifələrdə çalışıb.

Qeyd edək ki, 3 övlad atası olan Xulata Kfar-Saba şəhərində yaşayır, Tel-Əviv Universitetində fizika üzrə fəlsəfə doktoru və Harvard Universitetində dövlət idarəçiliyi üzrə magistr dərəcəsinə sahibdir.

Hazırkı milli təhlükəsizlik müşaviri və “Mossad” rəhbəri Meir Ben-Şabbat avqust ayının sonuna qədər vəzifəsini icra edəcək.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.