İsrailin Baş naziri Benyamin Netanyahu peyvəndin ilk olaraq ona vurulacağını açıqlayıb.
Bu barədə İsrailin Baş naziri “Twitter” hesabında yazıb.
“Şənbə günü axşam koronavirusa qarşı peyvənd olunacam”, – deyə B.Netanyahu bildirib.
O qeyd edib ki, İsrail xalqına örnək olmaq və bütün vətəndaşları vaksinasiyaya inandırmaq üçün ilk özü peyvənd olunacaq.