İsrailin Baş naziri Naftali Bennet ŞABAK (İsrailin Ümumi Təhlükəsizlik Xidməti) kəşfiyyat xidmətinə COVID-19 infeksiyasının Nu ştamına (Omicron) yoluxmuş şəxslərin geolokasiyasını izləmək imkanı verən fövqəladə sərəncam imzalayıb.
Bu barədə baş nazirin ofisi məlumat yayıb.
Dekabrın 2-dək qüvvədə olacaq qərara əsasən koronavirusun yeni ştamına yoluxmuş insanların geolokasiya məlumatları izləniləcək.
Qeyd olunub ki, mobil telefon vasitəsi ilə həmin şəxslərin yerinin müəyyən edilməsi yoluxmanın çoxalmasının qarşısını almağa, yoluxma zəncirinin qırılmasına yönəlib və izlənilmə yalnız COVID-19 infeksiyasının Nu ştamı (Omicron) daşıyıcılarına qarşı tətbiq ediləcək.
Məlumatda vurğulanır ki, qərar məhdud bir müddət üçün qəbul edilib və gündəlik nəzərdən keçiriləcək. Yoluxma çoxalacağı təqdirdə ŞABAK bu yöndə fəaliyyətini dayandıracaq.