28 C
Baku
Saturday, July 27, 2024

İsrailin “Earnix” fintex-startapı $1 mlrd. qiymətləndirmə ilə “təkbuynuzluya” çevrildi

Sığorta şirkətlərinə və banklara süni zəka və təhlildən istifadə edərək maliyyə məhsullarını fərdiləşdirməyə kömək edən “Earnix” startapı 75 milyon dollar investisiya cəlb edib.

Banker.az bu barədə “Forbes.ru” ya istinadən xəbər verir.

İnvestorlar şirkəti 1 milyard dollar dəyərində qiymətləndirib və o, “təkbuynuzluya” çevrilib.

Qeyd edək ki, maliyyə raundunda həmçinin “Jerusalem Venture Partners”, “Vintage Investment Partners” və “Israel Growth Partners” fondları iştirak edib. “Jerusalem Venture Partners”in idarə hetəyinin sədri olan Erel Marqalit bu investisiyaların şirkət üçün IPO öncəsi sonuncu olacağını söyləyib.

“Earnix” cəlb etdiyi maliyyəni xarici bazarlarda inkişafa, o cümlədən hazırkı müqavilələrin dəstəyinə və yeni məhsulların tərtib edilməsinə xərcləyəcəyini açıqlayıb. “Biz sürətlə böyüyürük və inkişafımızı daha da sürətləndirməyi planlaşdırırıq”, – deyə startapın rəhbəri Udi Ziv söyləyib.

Xatırladaq ki, “Earnix” startapı 2001-ci ildə qurulub və hal-hazırda Şimali Amerika, Avropa və Avstraliyada fəaliyyət göstərir. Yarandığı gündən bəri startap 100 milyondan çox investisiya cəlb edib.

Son xəbərlər
Digər xəbərlər