İsrailin müdafiə naziri Beni Qantz ölkəsinin İrana hücuma hazırlığını artırdığını bildirib.
Bu barədə “Bloomberg” xəbər verir.
Qeyd edilir ki, o, hərbçilərin nüvə obyektlərinə zərbə endirməyə hazırlığına toxunub.
Hərbi Hava Qüvvələri əməkdaşlarına diplomların təqdimatı mərasimində danışan Qantz, bir gün pilotların belə bir hücumda iştirak etmək üçün çağırıla biləcəyini söyləyib.
“Siz iki və ya üç ildən sonra şərqdə səmanı keçə və son illərdə hazırlığı əhəmiyyətli dərəcədə artırarkən İranın nüvə obyektlərinə hazırlaşdığımız hücumda iştirak edə bilərsiniz”, – Qantz deyib.