16 C
Baku
Friday, November 22, 2024

İsrailin İranı “vuracam” hədəsi fonunda neft 80 $/barelə doğru irəliləyir

İsrailin İrana qarşı cavab tədbirləri planlaşdırması ilə, Yaxın Şərqdən xam neft tədarükünün pozulması ehtimalı artdıqca neftin qiymətləri yüksəlməkdədir. Hazırda həftəlik böyük qazancını qoruma yolundadır.

Qlobal bençmark brent nefti bu həftə 1%-dən çox artaraq bir barrel üçün təxminən 79 dollara yaxın idi, WTI isə 76 dollardan aşağı idi. İsrail Baş naziri Benyamin Netanyahunun təhlükəsizlik kabineti ilə cümə axşamı günü ölkənin İranın son raket hücumuna necə və nə vaxt cavab verəcəyi məsələsini müzakirə etmək üçün görüşdüyü açıqlanıb.

Hazırda brentin bir barreli 3.4% günlük qiymət qazancı əldə edib.

Bu ay Yaxın Şərqdəki gərginliyin son eskalasiyasından sonra qlobal xam neft bazarı potensial tədarük risklərinə diqqətini cəmləyib. ABŞ prezidenti Co Bayden üçüncü ən böyük OPEC istehsalçısının enerji obyektlərinə hücumdan çəkinməyi tövsiyə etsə də, bu ehtimal qalmaqda davam edir və investorları narahat edir.

Bu həftənin əvvəlində İsrailin müdafiə naziri Yoav Qalant ölkəsinin planlaşdırılan cavab tədbirinin “öldürücü, dəqiq və gözlənilməz” olacağını bildirdi, İran isə hər hansı hücuma cavab verəcəyini vəd etdi, bu da qarşılıqlı zərbə zəncirinin yenidən başlama ehtimalını artırır. Yaxın Şərq qlobal xam neft tədarükünün təxminən üçdə birini təmin edir və region bir sıra kritik boğazlara ev sahibliyi edir.

Geosiyasi narahatlıqlar volatilliyi artırıb və hedc fondlarını daha çox uzun mövqelər əlavə etməyə təşviq edib. Buna baxmayaraq, xüsusilə Çində istehlak perspektivləri ilə bağlı narahatlıqlar bazara təzyiq göstərir. Pekin bu həftəsonu üçün gözlənilən stimullaşdırma tədbirləri ilə bağlı ətraflı məlumat verilməsi məqsədilə brifinq təyin edib.

 

Son xəbərlər
Digər xəbərlər