33 C
Baku
Wednesday, July 17, 2024

İsrailin müdafiə naziri: “Türkiyəni qlobal aktor kimi görürük”

“İsrail Türkiyəni iqtisadi sahədə, müdafiə sahəsində və bütün regionun sabitliyinin təmin edilməsində əlaqələrimizi inkişaf etdirə biləcəyimiz qlobal aktor kimi görür”.

Bu barədə Türkiyəyə səfəri çərçivəsində yerli jurnalistlərə açıqlamasında İsrailin müdafiə naziri Benni Gantz bildirib.

O qeyd edib ki, İsrailin öz təhlükəsizliyi ilə bağlı narahatlığı var: “Biz həmçinin başa düşürük ki, fələstinlilər iqtisadi və humanitar yardım və dəstək almaq istəyirlər. Münasibətlərimizi inkişaf etdirdikcə bu fikir ayrılıqlarını aradan qaldırmağın bir yolunu tapacağıq”.

Yunanıstana səfərinin təxirə salınması şərh edən Gantz, səfərini sırf texniki və təhlükəsizlik səbəbi ilə ləğv etdiyini diqqətə çatdırıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər