İsrailin müdafiə naziri Benni Qantz gələn həftə Türkiyəyə səfər edəcək.
Bu barədə İsrailin Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Qantz Türkiyənin milli müdafiə naziri Hulusi Akarla görüşəcək.
Nazirlik qeyd edib ki, səfər İsrail və Türkiyə arasında təhlükəsizlik sahəsində əməkdaşlığın yenilənməsi çərçivəsində həyata keçirilir.