İsrailin xarici işlər naziri Eli Kohen bir müddət əvvəl İsraildə məhkəmə islahatlarına etiraz olaraq istefa vermək niyyətində olduğunu bildirən bu ölkənin Nyu-Yorkdakı baş konsulu Asaf Zamiri vəzifəsindən azad etdiyini açıqlayıb.
“O, tviterdə istefa verdiyini açıqlasa da, qeyri-müəyyən müddətə bu vəzifədə qalmaq istəyirdi. Mən onu dərhal işdən çıxarmaq qərarına gəldim”, – E.Kohen tviterdə yazıb.
Nazir qeyd edib ki, siyasi tərəflərdən birini seçən diplomat İsrail dövlətini təmsil edə bilməz.