25 C
Baku
Monday, April 29, 2024

İsrailin ÜDM-i 2023-cü ilin dördüncü rübündə 19.4% azalıb

2023-cü ilin dördüncü rübündə İsrailin ÜDM-i əvvəlki üç ayla müqayisədə illik 19.4% azalıb. “Financial Times” qeyd edir ki, rəqəmin kəskin azalması, digər məsələlərlə yanaşı, HƏMAS-a qarşı müharibəyə 300 min ehtiyatda olan əsgərin çağırılması ilə bağlıdır.

Nəşr yazır ki, müharibəyə çağırılan hərbçilər işlərini tərk etməli olurlar. Bundan əlavə, vəziyyətə İsrailin sərhəd bölgələrindən təxliyə edilmiş 120 mindən çox israilliyə vəsaitin ayrılması təsir edib. İsrailin ÜDM-i analitiklərin proqnozlaşdırdığından xeyli aşağı düşüb.

2023-cü ilin noyabrında İsrailin işgüzar nəşri olan “Calcalist” Maliyyə Nazirliyinin məlumatlarına istinad edərək, HƏMAS-a qarşı əməliyyatın İsrailə 50 milyard dollardan çox başa gələcəyini bildirib. Hərbi əməliyyatlar davam etməsə, bu xərclər İsrailin illik ÜDM-nin təxminən 10%-ni təşkil edəcək. İsrail hakimiyyəti hərbi xərcləri 2024-cü il büdcəsinin əsas prioriteti adlandırıb.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər