10 C
Baku
Friday, October 25, 2024

İsrailin XİN rəhbəri Lavrovla Yaxın Şərqi müzakirə edəcək

İsrailin Xarici işlər naziri Qabi Aşkenazi martın 17-də Rusiyaya səfər edəcək.

Bu barədə Rusiya xarici siyasət idarəsinə istinadən xəbər verilir.

Qeyd olunub ki, səfər çərçivəsində Qabi Aşkenazinin Rusiyanın Xarici işlər naziri Sergey Lavrovla görüşü nəzərdə tutulub.

Tərəflər Ərəb-İsrail böhranının həll perspektivlərinə xüsusi diqqət yetirəcək, eləcə də Yaxın Şərqdəki vəziyyəti ətraflı müzakirə etməyi planlaşdırırlar. Əsas mövzular arasında bir sıra ölkələrin İkinci Dünya Müharibəsinin nəticələrini yenidən nəzərdən keçirmək cəhdlərinə qarşı mübarizə mərhələsində addımların koordinasiyası olacaq.

Bu Q. Aşkenazinin İsrailin xarici işlər naziri vəzifəsinə təyin edilməsindən sonra Moskvaya ilk rəsmi səfəri olacaq.

Qeyd edək ki, Qabi Aşkenazi 2020-ci ilin mayında İsrailin xarici siyasət idarəsinə rəhbər təyin edilib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər