-1 C
Baku
Sunday, December 15, 2024

İşsizlərə verilən sığorta ödənişinin müddəti uzadıldı

Azərbaycanda işsizlərə verilən sığorta ödənişinin müddəti uzadılıb.

Bununla bağlı Baş Nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Baş Nazirin imzaladğı qərara əsasən, koronavirus (COVİD-19) pandemiyası ilə mübarizə şəraitində dövlət məşğulluq xidməti qurumlarında işsiz kimi qeydiyyata alınmış şəxslərin sosial müdafiəsi haqqında” Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 129 nömrəli Qərarının 1-ci hissəsi aşağıdakı redaksiyada verilir.

Yeni redaksiyaya görə, 2020-ci il 1 aprel tarixindən etibarən işsizlikdən sığorta ödənişinin müddəti bitmiş işsiz şəxslərə minimum məbləğdə işsizlikdən sığorta ödənişi iki ay, peşə hazırlığı prosesində fasilə yaranmış kursların müdavimlərinə təqaüdün ödənişi isə 2020-ci il 1 iyul tarixinədək olan müddətə davam etdiriləcək.

Son xəbərlər
Digər xəbərlər