10 C
Baku
Wednesday, December 11, 2024

“İşsizlər üçün çətin, orta və asan kateqoriyalar üzrə bölgü olacaq”

“İşsiz şəxslərin müraciətləri elektronlaşdırılacaq və onun məşğulluq imkanları qiymətləndiriləcək. Məşğulluq imkanları qiymətləndirildikdən sonra o, üç qrupa bölünəcək”

Bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli “Əmək və Məşğulluq” altsisteminin təqdimatı ilə bağlı keçirilən brifinqdə deyib.

Sədrin sözlərinə görə, əmək bazarında məşğulluq imkanlarının təmini baxımından çətin, orta və asan kateqoriyalar üzrə bölgü olacaq:

“Bunun nəticəsində şəxsə fərdi məşğulluq proqramı təsdiq olunacaq. Onun icrası nəticəsində isə biz işsizlərin əmək bazarına inteqrasiyasının ardıcıl həyata keçirilməsini təmin edəcəyik”.

MənbəOxu.az
Son xəbərlər
Digər xəbərlər