Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin saytında “işə qəbul” portalı yaradılıb. Vətəndaşlar buradan vakansiyaları görə bilər.
Bunu DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin direktoru Kənan Əkbərov mətbuat konfransında deyib.
O bildirib ki, sistem vasitəsilə işə qəbul prosesini izləmək də mümkündür.
“Bundan əlavə sosial xidmət sahəsində bir səra işlər görmüşük. Burada sosial xidmət xəritəsini vurğulamaq olar. Hansı ki ölkədə fəaliyyət göstərən sosial xidmət müəsisələri və bu müəsisələr tərəfindən göstərilən xidmətlərlə bağlı məlumatlar həmin xəritədə əks olunub”, – deyə direktor vurğulayıb.






