Türkiyədə işsizlik 12% artıb.
Banker.az Türkiyə Statistika Təşkilatının (TÜİK) yaydığı məlumata əsasən xəbər verir ki, Türkiyədə yaşı 15 və daha yuxarı vətəndaşlar arasında işsizlərin sayı bu ilin İyul ayında ötən illə müqayisədə 506 min nəfər artaraq 3 milyon 902 min nəfər təşkil edib.
15-24 yaş arası gənc əhali arasında işsizlik nisbəti əvvəlki aya görə dəyişməyərək yüzdə 23,1 olub. İyul ayında tikinti sektorunda 60 min nəfər azalıb.