İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsinin gəlirləri və xərcləri 1 000 000,0 manat artırılır.
Bu, “İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, işsizlikdən sığorta fondunun 2022-ci il büdcəsinin gəlirləri və xərclərinin 180 375 536,0 manatdan 181 375 536,0 manata çatdırılması təklif olunur.