9 C
Baku
Thursday, December 12, 2024

İşsizlikdən sığorta fondunun büdcəsinə dəyişikliklər qəbul olunub

Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən plenar iclasında “İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında” qanuna dəyişiklik layihəsi III oxunuşda müzakirəyə çıxarılıb.

Sənədi parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev təqdim edib.

Sənədə əsasən, işsizlikdən sığorta daxilolmaları üzrə proqnoz 2.8% artırılaraq 180 milyon manatdan 185 milyon manata çatdırılır.

Artım Fondun 2023-cü ilin sonuna istifadə olunmamış vəsaitinin eyni məbləğdə və yaxud 8.1% azaldılaraq 57.95 milyon manatdan 53.25 milyon manata endirilməsi hesabına baş tutacaq.

Eyni zamanda Fondun gəlirlərinin qeyri-büdcə sektoru üzrə hissəsi üzrə proqnoz eyni məbləğdə və yaxud 3.5 % artırılaraq 134.6 milyon manatdan 139.3 milyon manata çatdırılır.

Müzakirələrdən sonra dəyişiklik layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul olunub.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər