12 C
Baku
Monday, November 18, 2024

İşsizlikdən sığorta fondunun gələn il üçün gəlir və xərcləri məlum olub

İşsizlikdən sığorta fondunun 2025-ci il üzrə gəlir və xərcləri 260 700 000,0 manat məbləğində proqnozlaşdırılır.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsinin gəlirləri 206 400 000,0 manat, İşsizlikdən sığorta fondunun 2025-ci il yanvarın 1-nə yaradılmış ehtiyatından 2025-ci ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilən vəsait 54 300 000,0 manatdır.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər