2022-ci ildə məcburi dövlət sosial sığorta haqları üzrə büdcəyə daxilolmalar əvvəlki illə müqayisədə 19.2% artıb. Banker.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz rəsmi Twitter hesabında yazıb. Nazir qeyd edib ki, ötən il bu daxilolmalar 4 mlrd. 586.3 mln. ₼-a çatıb.
Bu müddətdə işsizlikdən sığorta üzrə daxilolmalar isə 19% artaraq 160.2 mln. ₼ təşkil edib.