Azərbaycanda işsizlərə sığortadan ödəniləcək vəsaitlərin mənbələri müəyyənləşib.
Məlumata görə, bu, yeni hazırlanan “İşsizlikdən sığorta haqqında” qanun layihəsinin 21-ci (İşsizlikdən sığorta vəsaitlərinin mənbələri) maddəsində əksini tapıb.
Göstərilən maddədə qeyd edilib ki, işsizlikdən sığorta vəsaitləri aşağıdakı mənbələr hesabına formalaşır:
– bu qanunla müəyyən qaydada ödənilən sığorta haqqları;
– bu qanunun tələblərinin pozulmasına görə İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş inzibati xətalara görə tətbiq olunan inzibati cərimələrdən daxilolmalar;
– “Qran haqqında” qanuna uyğun olaraq verilən qrantlar, ianələr və yardımlar;
– bank kreditləri;
– qanunla və müvafiq icra hakimiyyəti orqanı tərəfindən nəzərdə tutulan digər mənbələr;
Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.
APA







