20 C
Baku
Bazar, Oktyabr 17, 2021

İşsizliyə görə sığorta ödənişlərinin həcmi müəyyənləşdi – FOTO

Növbəti ildə İşsizlikdən Sığorta Fondunun gəlirləri cari ilin müvafiq göstəricisi ilə müqayisədə artımla, xərcləri isə əvvəlki illərdə olduğu kimi, gəlirlərinə bərabər olmaqla nəzərdə tutulub. Bu barədə Hesablama Palatasının İşsizlikdən Sığorta Fondunun 2021-ci il büdcə layihəsinə rəyində məlumat verilib.

Qanun layihəsinə əsasən 2021-ci ildə Fondun gəlirləri 157,8 milyon manat məbləğində nəzərdə tutulub. Bu da Fondun 2019-cu il icra göstəricisindən 31,5 milyon manat və ya 24,8 faiz, 2020-ci ilin proqnoz göstəricisindən isə 6,5 milyon manat və ya 4,3 faiz çoxdur.

Fondun növbəti il üzrə xərcləri 157,8 milyon manat olaraq nəzərdə tutulub ki, bu da 2019-cu ilin müvafiq göstəricisindən 2,3 dəfə, 2020-ci ilin göstəricisindən isə 4,3 faiz çoxdur.

Peşə standartlarının hazırlanması məqsədilə 2020-ci illə müqayisədə iki dəfə çox sayda standartın hazırlanması proqnozlaşdırılsa da, bu istiqamətdə növbəti ildə cari ildə olduğu kimi iki milyon manat məbləğində vəsait nəzərdə tutulub.

2021-ci ildə işsizliyə görə sığorta ödənişləri üzrə proqnozlaşdırılan vəsait əhalinin məşğulluğunun təmin edilməsi üçün nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün proqnozlaşdırılan vəsaitin 12,9 faizini, bütövlükdə isə Fondun xərclərinin 8,3 faizini təşkil edir.

20210105 163428

20210105 162243

Son xəbərlər
Oxşar xəbərlər