14 C
Baku
Thursday, March 28, 2024

İşsizliyə görə sosial yardım alanların siyahısı genişləndirilir

Azərbaycanda işsiz qalmaya görə sosial yardım alanların siyahısı genişləndirilir.

Bununla bağlı Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında “Ünvanlı dövlət sosial yardımı haqqında” qanunun 3-cü (Sosial yardım almaq hüququ olan ailələr) maddəsinə əlavələr müzakirə edilib.

Layihəyə görə, ölkədə eyni zamanda dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınan şəxslər də sosial yardım hüququna malik olacaqlar.

 

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər