İşsizlik iqtisadi fəal əhalinin müəyyən hissəsinin öz iş qüvvəsindən istifadə edə bilmədiyini əks etdirən sosial-iqtisadi hadisədir. Işsizlik – iqtisadi böhran, yüksək inflyasiya, iqtisadiyyatın struktur yenidənqurması, texniki tərəqqi, dövlətin demoqrafik siyasəti v.s səbəblərdən yarana bilər.İşsiz işləmək iqtidarında olub, amma cari əmək haqqı qarşılığında, qanunla təyin edilmiş saatlar içərisində iş axtardığı halda iş tapa bilməyənlərə deyilir. İşsizlik özünü friksion, struktur, tsiklik, iradi, qeyri-iradi, mövsümi, texnoloji, gizli v.s formlarada göstərir.
Işsizlik iqtisadi, sosialoji və psixoloji problemdir. Işsizlikdə ortaya çıxan ilk vəziyyət işin itirilməsidir. Bununla bərabər işsizlik gəlir, status və həyat intizamının da itirilməsinə səbəb olmaqdadır. Buna görə də işszilik iqtisadi bir proses olmaqla bərəbər həm də sosial və psixolji bir problemdir. İqtisadi olaraq işsizliyin fərdə vurduğu maddi zərər gəlirin, dövlətə vurduğu zərər isə vergi gəlirlərinin azalması, dövlətin işsizlik xərclərinin artması kimi amillərə bağlıdır.
Işsizlik insanın bir günün səkkiz saatını keçirdiyi bir mühitdən qoparaq, iş yoldaşlarından uzaqlaşması və işə bağlı ictmai ətrafın itirilməsinə də səbəb olmaqdadır. İşin itirilməsi nəticəsində maddi gəlirin olmaması və cəmiyyətdən özünü təcrid eləmə funksiyasının aktivləşməsi səbəbindən insan bir sıra sosial fəaliyyərərindən uzaqlaşaraq yeni və mənfi olaraq ifadələndirilə biləcək həyat formasını ön plana çıxarmaqdadır.Bu isə həm fərd üçün, həm də cəmiyyət üçün problem kimi özünü göstərməkdədir.
Işin itirilməsinin meydana gətirdiyi həyat intizamındakı dəyişikliklər özü ilə bir sıra psixoloji xüsusiyyətləri də gətirməkdədir. Işşsiz fərdlərdə zamanla gərginlik, depressiya, öz güvənin itirliməsi, qorxu və narahatlıq kimi psixolji problemlər ortaya çıxmaqdadır. Bunlara gələcəyin naməlumluğu və işə yaramama duyğusu da əlavə olununca insan üçün öhdəsindən gəlinməsi çox çətin vəziyyətlər yaşana bilməkdədir. Işin itirilməsi ilk başda yalnız gəlirin itirilməsi kimi görünsə də, eyni zamanda güc itkisini ( ailə və cəmiyyət içərisində) də ifadə etdiyindən insan və eyni zamanda cəmiyyət üçün bir sıra sosial və psixoloji problemlərə səbəb olmaqdadır.
Nüsrət XƏLİLOV
İQTİSADÇI








