İstər biznes, istərsədə şəxsi həyatımızda tətbiq edə biləcəyimiz 3 əsas iqtisadi anlayış

İqstisadiyyatda baş verənlər minlərlə fərdi qərarların nəticəsidir. Çünki insanların seçimləri üst-üstə düşdükdə bu, cəmiyyətin seçiminə çevrilir və bu da insanların gəlirlərini bazarda olan bütün mal və xidmətlərin arasında necə böləcəklərinə təsir edir. Fərdlər işləyib-işləməmək, məktəbə gedib-getməmək və nə qədər yığım etmək barədə qərar qəbul etməlidirlər. Şirkətlər isə nə istehsal etmək, nə qədər istehsal etmək, neçəyə və harda satmaq barədə qərarlar qəbul etməlidirlər. İqtisadi təhlil,  bu cür qərarların qəbul edilməsində hərtərəfli yanaşma yolunu təmin edir.

İqtisadiyyatı bir dəfə başa düşdükdən sonra günlük seçimlərə baxışınızı dəyişdirəcək üç əsas anlyayış var:

  1. Alternativ xərc
  2. Marjinallıq
  3. Effektiv bazar

Alternativ Xərc. Demək olarki, bütün qərarlar qarşılıqlıdır . Qərarvermə prosesinin təhlilində qarşımıza çıxan əsas konsepsiya Alternativ Xərc anlayışıdır. Seçim etdiyimiz zaman imtina etdiyimiz ən yaxşı alternativ, o qərarın alternativ xərci adlanır.

   Misal: Kinonun qiyməti ilə bağlı “Nə qədərdir” sualını ünvanladıqda, bir çox adam biletin qiymətini ifadə edir.  Bir iqtisadçı üçün isə, bu, yalnız cavabın bir hissəsidir: kinoya baxmaq üçün xərclənən sadəcə biletə verilən pul deyil, sərf edilən zaman da buna daxildir.  Bu nümunədə kinoya getməyin alternativ xərci, ora xərclədiyiniz pula və vaxta edə biləcəyiniz digər şeylərin dəyəridir. Əgər işdən məzuniyyət götürürsünüzsə, istirahətinizin alterntiv xərci, o müddət ərzində işləyərək əldə edəcəyiniz məvacibdir. Şəxsi həyatda isə faydasız işlərlə məşğul olacağınız vaxtın Alternativ xərci həmin vaxtda edə görə biləcəyiniz sizə faydalı ola biləcək işlərdir.

Marjinallıq. Seçimlərdə təhlil etmədə istifadə edilən ikinci konsepsiya marjinallıq anlayışıdır. Bir qərara xərc və gəlirləri hesabladıqda, əsas məsələ bu qərara görə ortaya çıxan xərc və gəlirləri nəzərə almaqdır.

Nümunə: Boş uçmağa hazırlaşan bir sərnişin təyyarəsi üçün əlavə sərnişinin marjinal xərci mahiyyətcə sıfırdır; Əlavə sərnişinin gəlməsi ilə uçuş xərci, demək olar ki, dəyişmir. 

  Nümunə: Yaşadığınız yer şəhər kənarındadır. İş yeriniz isə şəhərin mərkəzində yerləşir. Hər gün şəxsi avtomobilinizlə iş yerinizə tək gedərkən və yaxud əlavə ödəniş etmələri şərtilə iki sərnişin götürmək sizin yol xərcinizi demək olarki dəyişmir ama gəlirinizi dəyişir. Bu marjinallıq adlanır.

Effektiv bazarlar: Fərz edək ki, Pandemiya dövründə qapanmalardan bir gün öncə izdihamlı ərzaq mağazasında alış-veriş edib çıxmağa hazırlaşırsınız və kassaların hər birində növbədə müəyyən qədər müştəri gözləyir. Hansı kassada növbəyə durarsız? Əlbəttdə ki, müştəri ən az olan kassanın sırasında. Amma, əgər hamı sizin kimi fikirləşərsə ki, bu normal haldır- bütün növbə sıraları eyni uzunluqda olacaq.  İqtisadçılar tez-tez ələ düşən “gəlirli razılaşmalara” və ya risksiz işlərə mənfəət fürsətləri kimi baxırlar. “Ələ düşən” ifadəsinin işlədilməsini səbəbi burada mənfəət fürsətinin kassa növbəsində ancaq bir növbə sırasının digərilərindən qısa olduğu vaxtda ortaya çıxmasıdır. Ümumi olaraq bu cür fürsətlər çox nadir olur. Mənfəət fürsətlərinin ani olaraq ortadan qalxdığı bu cür bazarlar effektiv bazarlar adlanır.

Müəyyən vaxtlarda mənfəət fürsətləri mövcud olur. Kimsə hər hansı xəbəri daha tez alır və ya kimsə hadisələri başqalarından daha tez təhlil edir. Bununla belə bu xəbərlər çox sürətlə yayılır və hadisələri təhlil edə bilən minlərlə insanlar var. Bunun üçün fürsətləri düzgün dəyərləndirmək və anında hərkətə çevirmək faydalı ola bilər.

  Müəllif:Abdul Bayramov


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.