Volf Messinq 20-ci əsrin ən sirli insanlarından biridir. Dahi telepat 10 sentyabr 1899-cu ildə Polşada, Varşava yaxınlığında Qura-Kalvariya şəhərində dünyaya gəlib. Messinq nəsil olaraq yəhudi ailəsindən idi. Onun atası oğlunun əsl yəhudi keşişi olmağını arzulayırdı.
Lakin bu arzu gerçəkləşmədi. Volf uşaqlığının erkən yaşlarından bütün digər uşaqlardan fərqlənirdi. O “altıncı hissə” sahib idi və çox vaxtlar baş verəcək hadisələri öncədən təxmin edirdi. Bundan əlavə, balaca Volf lunatizmdən əziyyət çəkirdi. Gecələr o öz yatağından qalxır, pəncərəyə yaxınlaşır və yuxuda ayı müşahidə edirdi. Volf atasının arzuladığı kimi ruhani olmağa ciddi-cəhdlə etiraz edirdi və cibində cəmi 9 qəpiyi ilə evdən qaçır. Volf Berlinə gedəb qatara əyləşir və bu andan etibarən onun həyatında inanılmaz hadisələr baş verməyə başlayır.
Təbii ki, onun biletə pulu çatmırdı və o oturacağın altında gizlənmişdi. Qatar nəzarətçisi biletləri yoxladıqda onu aşkar edir. Volf yerə düşmüş adi bir kağız parçasını götürür və nəzarətçiyə uzadır. Bu zaman o diqqətlə nəzarətçinin gözlərinə baxır və onu bu adi kağızın bilet olduğuna inandırmağa çalışırdı. Nə qədər qəribə görünsə də bu belə də olur. Nəzarətçi “bileti” Volfa qaytarır və ona normal vəziyyətdə əyləşməsini tapşırır. Çünki bilet ola-ola gizlənmək ona qəribə gəlmişdi. Beləliklə Messinqdə ilk dəfə olaraq təlqin etmə bacarıqları üzə çıxır.
Bu hadisədən sonra onun həyatında bir sıra inanılmaz və sirli hadisələr baş verməyə başlayır ki, bir çox hallarda bu hadisələr onun həyatını xilas edir. Bu hadisələrin bir neçəsini təqdim edirik:
Berlinə çatan balaca Volf aclıq və yorğunluqdan gücsüz halda şəhərdə gəzir. Lakin aclığa tab gətirməyən uşaq huşunu itirir və katalepsiya vəziyyətinə düşür. O küçədə tapıldıqda nəfəs almırdı və nəbzi eşidilmirdi. Volf xəstəxana çatdırılır və burada onun artıq öldüyü qərarına gəlirlər. Cəsəd morqa göndərilir. Cəsədin morqda olduğu üçüncü gün bir tibb tələbəsi oğlanın ürəyinin zəif şəkildə döyündüyünü hiss edir. Psixiatr Abel baş vermiş bu hadisə ilə maraqlanır. Psixiatr bunu onunla izah edir ki, oğlan ürək döyüntülərini zəiflətmək və orqanizminin gücünü qorumaq üçün katalepsiya vəziyyətinə düşməyə qadirdir. Məhz bu psixiatr gələcəkdə Messinqə öz imkanlarından necə istifadə etməyi öyrədir.
Beləliklə, Messinq ölü təqlidi yaradaraq öz ilk pullarını qazanmağa başlayır. O ictimaiyyət qarşısında ani olaraq ölür və daha sonradan dirilirdi. Tezliklə o digər insanların fikirlərini oxumağa başlayır. Volf Messinq öz inanılmaz bacarıqlarını nümayiş etdirərərk Avropa və Cənubi Amerikanı gəzir.
O öz bacarıqları sayəsində gənc yaşlarından Ziqmund Freyd və Albert Eynşteyn kimi dünya dahilərinin etibarını və hörmətini qazanmışdı. Onlar onu qonaq çağırır və bəzi tapşırıqları etməyi xahiş edirdilər. O isə öz növbəsində bu tapşırıqları çox asanlıqla yerinə yetirirdi. Bundan sonra dahi riyaziyyatçı və psixoanalitik telepata kömək etməyə başlayırlar.
Messinqin həyatından daha bir maraqlı hadisə onun həbsdə olması ilə bağlıdır. Hitler hakimiyyətə gəldikdən bir müddət sonra, 1937-ci ildə Volf Messinq Hitlerin şərqə gedəcəyi təqdirdə məğlub və həlak olacağını deyir. Bu sözlərdən sonra Volf Messinq tutulur, döyülür və karserə atılır. O öz düşüncəsi ilə həbsxananın müdiri də daxil olmaqla bütün həbsxana işçilərini yanına toplayır. Messinq onların gözlərinə baxaraq kameradan çıxmağa nail olur və onların özlərinə kameraya salır.
Messinqin imkanları barədə eşidən Stalin onun bacarıqlarını şəxsən görmək üçün Volfun Kreml-ə gətirilməsini əmr edir. Stalin onun üçün bir neçə sınaq hazırlayır. O Messinqə icazəsiz kabinetə daxil olmağı əmr edir. Qapının önündəki bütün gözətçilərə onu içəri buraxmamaq əmri verilmişdi. Telepat bu tapşırığın da öhdəsindən asanlıqla gəlir. O nəinki otağa daxil olur, o gözətçilər tərəfindən heç bir maneə olmadan Kremli tərk edə bilir.
Volf Messinq inanılmaz həyat yaşayıb. Təəssüflər olsun ki, onun bacarıqları dahi telepata uğur və pul ilə yanaşı, çoxsaylı əzab və bədbəxtlik də gətirib. O çox güclü və cəsur insan idi. Volf Messinq tək unikal insan olduğu üçün deyil, öz əsrində inanılmaz sınaqlara tab gətirmiş bir insan olaraq dərin hörmətə layiqdir.