21 C
Baku
Friday, April 26, 2024

İstanbul-Bakı aviareysinə bu şəxslər buraxılacaq – Siyahı

“Azərbaycan Hava Yolları” QSC (AZAL) Azərbaycan vətəndaşları ilə yanaşı İstanbul-Bakı reysinə buraxıldığı şəxslər barədə məlumat yayıb.

AZAL-dan verilən məlumata görə, belə ki, Azərbaycan vətəndaşları ilə yanaşı İstanbul-Bakı reysinə aşağıdakı şəxslər də buraxılır:

– Azərbaycanda akkreditə olan xarici diplomatik nümayəndəlik və konsulluqların rəhbərləri, əməkdaşları və onların ailə üzvləri;

– Valideynlərdən biri, həyat yoldaşı və ya azyaşlı övladı Azərbaycan vətəndaşı olan əcnəbilər;

– Azərbaycanda işləmək icazəsi olan əcnəbilər;

– Azərbaycanda müvəqqəti və ya daimi yaşamaq icazəsi olan əcnəbilər;

– Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil alan əcnəbi tələbələr.

Xatırladaq ki, Bakı-İstanbul reysinə biletləri Azərbaycan, Türkiyə və digər dövlətlərin vətəndaşları olan, həmin ölkələrə daxil olmaq hüququna malik olan şəxslər əldə edə bilər.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər