Türk Hava Yolları (THY) iyulun 3-də həyata keçiriləcək İstanbul-Bakı-İstanbul reysinə əlavə biletləri satışa çıxarıb.
Bunu açıqlamasında THY Bakı ofisinin rəhbəri Seyfullah İlyas deyib.
S.İlyasın sözlərinə görə, TK4932/4933 reysləri ilə həyata keçiriləcək uçuşlara əlavə biletlərin satışı yaxın bir neçə saatda başlayacaq:
“İyulun 3-də baş tutacaq TK4932/4933 uçuşumuz üçün təyyarənin daha böyüyü ilə əvəzlənəcək”.
Bilet almaq istəyən şəxslərdən aviaşirkətin saytını izləməsi tövsiyə olunur.
Xatırladaq ki, Türkiyədə olan Azərbaycan vətəndaşlarının, o cümlədən tələbələrin ölkəyə gəlməsi və müxtəlif şəxsi səbəblərə görə Azərbaycan vətəndaşlarının Türkiyəyə gedişini asanlaşdırmaq üçün iyulun 1-dən başlayaraq qarşılıqlı razılıq əsasında həftədə iki dəfə Azərbaycan Hava Yollarının (AZAL), iki dəfə isə Türk Hava Yollarının (THY) Bakı-İstanbul-Bakı və İstanbul-Bakı-İstanbul istiqaməti üzrə xüsusi reysləri həyata keçiriləcək.