Panama bayraqlı “Viva Eclipse” quru yük gəmisinin İstanbulun Üsküdar rayonu sahillərində texniki problemi yaranıb, bu səbəbdən İstanbul boğazı müvəqqəti olaraq nəqliyyata bağlanıb.
Bu barədə “İhlas” agentliyi məlumat yayıb.
Qeyd olunub ki, Rusiyaya hərəkət edən və nasazlıq səbəbindən Üsküdarda lövbər salan gəmi xilasetmə işlərinin ardından Sahil Təhlükəsizliyi Ümumi Müdirliyi tərəfindən Ahırkapıya aparılıb.