17 C
Baku
Wednesday, September 24, 2025

İstanbul hava limanı Avropada sərnişinlərə ən çox xidmət edən aeroport olub

Avropa Hava Naviqasiya Təhlükəsizliyi Təşkilatının (EUROCONTROL) məlumatına əsasən noyabrın 18-26-da İstanbul hava limanı Avropada ən çox səfər həyata keçirən aeroport olub.
Bu müddət ərzində İstanbul hava limanında gündəlik 500-ə yaxın uçuş edilib. Aeroport bu səfərlərlə “Schiphol”, “Frankfurt”, “Charles de Gaulle” və “Barajas” kimi Avropanın əhəmiyyətli hava limanlarını geridə qoyub.
İstanbulun yeni aeroportundan noyabrın 25-də 505, 26-da 494 səfər edilib. Bu günün sonunadək aeroportdan 590 uçuşun edilməsi planlaşdırılır. Bu da Türkiyə ərazisində pandemiya ilə əlaqədar səfərlərin müvəqqəti dayandırıldığı iyunun 1-dən indiyədək ən yüksək rəqəmdir.

MənbəAzərtac
Son xəbərlər
Digər xəbərlər