12 C
Baku
Saturday, November 23, 2024

İstanbul Hava Limanından 65 milyondan çox sərnişin daşındığı proqnozlaşdırılır

İstanbul Hava Limanından 2022-ci ildə 65 milyondan çox sərnişin daşındığı proqnozlaşdırılır.

Bu barədə məlumatı İstanbul Hava Limanının baş meneceri Kadri Samsunlu deyib.

Onun sözlərinə görə, 2022-ci ilin 11 ayında daxili uçuşlardan 14 milyon 775 min 573 sərnişin, beynəlxalq xətlərdən isə 44 milyon 288 min 618 sərnişin istifadə edib: “Yanvar-noyabr dövründə İstanbul Hava Limanından cəmi 59 milyon 64 min 191 nəfər istifadə edib”.

K.Samsunlu deyib ki, İstanbul Hava Limanı istifadəyə verildiyi üçüncü ilin sonunda sərnişindaşıma göstəricilərində yenidən Avropada birinci olub: “Biz buna çox sevinirik. Həm yük, həm də sərnişindaşıma üzrə göstəricilərimizi artıraraq çox uğurlu bir ili geridə qoyuruq. 2023-cü il üçün həm turizm, həm logistika, həm də nəqliyyat sektorları üçün çox ümidliyik. Hər yeni başlanğıc vacibdir, lakin 2023-cü il bizim çox müsbət və ümidlə başlayacağımız ildir”.

K.Samsunlu bildirib ki, 2021-ci il 37 milyon sərnişinin daşıması ilə başa vurulub: “Bu il biz 68 milyon sərnişin daşınmasına yaxınlaşacağıq ki, bu da pandemiyadan əvvəlki göstəricimiz idi. Gələn il üçün istər “Türk Hava Yolları”nın böyüməsi, istərsə də İstanbul Hava Limanından uçmağa başlayan yeni hava yolu şirkətləri ilə 70 milyondan çox sərnişin daşınmasını hədəfləyirik”.

O qeyd edib ki, İstanbul Hava Limanından daşınan yüklərin həcmi hər gür artır: “2022-ci ilin 11 ayında İstanbul Hava Limanı əsaslı uçuşlarla daxili xətdə 176 min 804 ton, beynəlxalq xətdə isə 2 milyon 154 min 835 ton yük daşınıb. Bu dövrdə İstanbul Hava Limanında müxtəlif məntəqələrə ümumilikdə 2 milyon 331 min 639 ton yük daşınıb. Bu il ərzində bu rəqəmin 2,5 milyon tonu keçəcəyi gözlənilir”.

Son xəbərlər
Digər xəbərlər