“Türk Hava Yolları” İstanbul hava limanından uçuşları bərpa edib.
Bu barədə THY-nin baş direktoru Bilal Ekşi “Tvitter” səhifəsində yazıb.
“Biz tədricən İstanbul hava limanından uçuşları bərpa edirik”, – deyə Ekşi yazıb.
Xatırladaq ki, güclü qara görə, İstanbul hava limanından daxili və xarici istiqamətlərə uçuşlar müvəqqəti dayandırılmışdı.