12 C
Baku
Monday, November 18, 2024

“İstanbul Klinika”ya 8 min manatadək cərimə protokolu yazıldı

“İstanbul Klinika” MMC əhalinin sanitariya-gigiyena və sanitariya-epidemioloji salamatlığı qaydaları əleyhinə inzibati törətməkdə ittiham edilir.

Banker.az xəbər verir ki, klinika barəsində İnzibati Xətalar Məcəlləsinin 215.1-ci (Tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsi) maddəsi ilə iş başlanıb.

İşə Binəqədi Rayon Məhkəməsində baxılacaq. Elçin Ağayev iş üzrə hakim təyin edilib.

215.1-ci maddəyə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.

Son xəbərlər
Digər xəbərlər