6 C
Baku
Sunday, December 15, 2024

İstanbul və Antalya ötən il dünyanın ən çox ziyarət edilən 10 şəhəri siyahısına düşüb

Türkiyənin İstanbul və Antalya şəhərləri postpandemiya dövründə dünyanın ən çox ziyarət edilən 10 şəhəri arasında yer alıb.

COVID-19 pandemiyasından sonra Türkiyə yenidən xarici turistlərin sevimlisinə çevrilib.

Belə ki, 2023-cü ildə dünyanın ən çox ziyarət edilən 100 şəhəri siyahısında İstanbul 2022-ci ilə nisbətən ötən il təxminən 26 faiz artımla London və Dubayı geridə qoyub.

2023-cü il 16.5 milyon turist qəbul edən Antalyanı isə ən çox almanlar, ruslar və ingilislər ziyarət edib. Əhalisindən 12 dəfə çox turist qəbul edən Antalya Paris və Nyu-Yorku geridə qoyub. Xüsusilə Antalyaya birbaşa uçuşların artması sayəsində şəhərə səyahət edənlərin sayı ötən il 2022-ci ilə nisbətən 29 faiz artıb.

Ölkədəki daxili və beynəlxalq uçuşlar da hesabat dövrü ərzində 16.3 faiz artım qeydə alınıb.

Türkiyədə turistləri cəlb edən əsas sahələrdən biri daim inkişaf edən sağlamlıq turizmi sektorudur. Xüsusilə Antalya diş sağlamlığı turizmi üçün məşhur səyahət məkanı kimi önə çıxır.

Qardaş ölkəni bu il daha çox turistin ziyarət edəcəyi gözlənilir.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər