Türkiyə Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsi İstanbulda hakimiyyətin “məcburi hallar” istisna olmaqla, şəhərin bütün rayonlarında əcnəbilərə ilkin yaşayış icazəsinin verilməsini guya qadağan etməsi ilə bağlı xəbərləri təkzib edib.
Bu barədə nazirliyin bazar günü yaydığı bəyanatda qeyd edilir.
Bəyanatda bildirilir ki, İstanbulda qapalı adlanan ərazilərin siyahısı ötən ilin oktyabrından dəyişməyib və 10 bələdiyyə daxildir.
“İstanbulda əcnəbilərə yaşayış icazəsi verilməsi üçün 39 rayonun bağlanması ilə bağlı yayılan xəbərlər həqiqətə uyğun deyil. O icazələrin alınması üçün müraciətlərin bağlandığı 10 rayon var”, – deyə məlumatda bildirilir.