8 C
Baku
Sunday, November 17, 2024

İstanbulda Beynəlxalq Enerji Mərkəzi 2024-cü ildə fəaliyyətə başlayacaq

İstanbulda yaradılan və xarici bazarlara enerji və mineralların tədarükü, eləcə də bu sahədə qiymətlərin müəyyən edilməsi ilə məşğul olacaq beynəlxalq enerji mərkəzi 2024-cü ildə işə başlayacaq.

Bunu Türkiyənin energetika naziri Alparslan Bayraktar bəyan edib.

“Mərkəz üçün (Ataşehir bölgəsindəki beynəlxalq maliyyə mərkəzində) yer tapdıq. Ümid edirik ki, layihə 2024-cü ildə başlayacaq. Burada həm yerli, həm də xarici özəl sektorun nümayəndələri iştirak edə biləcəklər”-deyə, nazir bildirib.

Türkiyə hakimiyyəti daha əvvəl beynəlxalq qaz qovşağı layihəsi çərçivəsində İstanbulda enerji mərkəzinin yaradılacağını bildirmişdi.

Son xəbərlər
Digər xəbərlər