“Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə İstanbulda keçirilən Birgə Maliyyə Strateji Sənədinin təqdimatında iştirak etdik”.
Banker.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov öz rəsmi Twitter səhifəsində yazıb.
Nazir qeyd edib ki, sənəd qlobal çağırışlar fonunda maliyyə sisteminin alternativ maliyyələşdirmə alətləri vasitəsilə inkişafına, 2022-2025-ci illər ərzində hüquqi, idarəetmə və institusional infrastuktunun təkmilləşdirilməsinə önəmli töhfə verəcək.