İstanbulda ictimai nəqliyyatda gedişhaqqı artırılıb.
Gedişhaqları 29.10% artırılıb.
Məlumata görə, qiymət artımı avtobus və metro ilə yanaşı, taksilərə də şamil edilib.
Bildirilir ki, elektron biletin qiyməti 7.67 lirədən 9.90 lirəyə, tələbələr üçün elektron biletin qiyməti 3.74 lirədən 4.83 lirəyə, müəllimlər üçün elektron biletin qiyməti 5.49 lirədən 7.09 lirəyə qaldırılıb.