10 C
Baku
Sunday, December 22, 2024

İstanbulda lüks hotelin azərbaycanlı baş meneceri turizm sektorundakı trendlərdən danışdı

Türkiyədə “Grand Hyatt İstanbul” hotelin baş meneceri vəzifəsində çalışan Rüfət Babayev türk mətbuatına verdiyi müsahibədə 2022-ci ildə turizm sektorundakı trendlərdən, gərgin iş günündən sonra necə istirahət etdiyindən və özünün maraq sahəsindən danışıb. Qeyd edək ki, “Grand Hyatt İstanbul” İstanbulun mərkəzindən 5 km, Taksim meydanından 750 metr məsafədə yerləşən 5 ulduzlu lüks hoteldir. Türkiyə Rüfət Babayevin işlədiyi yeddinci yerdir. Özünü bir dünya vətəndaşı hesab edən Babayev çox sürətlə dəyişən dünyada sənətin də bu sürətlə ayaqlaşmağını, köhnə ilə yeninin sintezini çox sevdiyini deyib.

Banker.az həmin müsahibəni təqdim edir:

– Turizm sektorunda 2022 trendləri nələrdir?

– 27 ildir otelçilik sektorundayam. Sektorumuzda son illərdə ən çox insana dəyər verildiyinə inanıram. Xüsusilə son iki ildir pandemiyanın da təsiri ilə insana, insan sağlamlığına və təhlükəsizliyinə verilən önəm artdı. 2021-ci ilin önə çıxan trendlərindən “staycation” bu il də davam edir. Qonaqlarımız tətil edərkən bir yandan da işləyə biləcəkləri konfortlu mühitlər axtarırlar. Bu mövzuda bütün ehtiyat tədbirləri görülərək konfortlu, sağlam və etibarlı bir mühit təklif edirik. Həmçinin, yavaş-yavaş “Back to Business” deyə biləcəyimiz qruplar, təsbirlər təşkil olunmağa başlayır.

– Professional həyatınızda örnək aldığınız biri varmı?

– Hər zaman Mövlana Cəlaləddin Rumiyə heyranlıq duymuşam. Konyanı və məqbərəsini ziyarət etmişəm, kitablarını oxumuşam. Onun və Şəms Təbrizinin 1240-cı illərdəki cəsur, inqilabi, sərhədləri aşan, orijinal fikirlərinə heyranam. Mövlananın düşüncə forması şəxsi və professional həyatımda mənə hər zaman ilham olub.

– Sizin sənətə marağınız var?

– Yaradıcı bir insan olduğumu düşünürəm. Mənə görə yaradıcılıq genlərlə ötürülür. Musiqiçi bir ailədə doğulmuşam. Anam Azərbaycan Ensiklopediyasının baş redoktorlarından biri olub. Anamın təsiri və alığım təhsil sayəsində sənət hər zaman həyatımın içində olub. Tez-tez Fellini filmlərini izləmək üçün kinoteatra gedirdim. Muzey ziyarətlərini uşaqlığımdan bəri hər zaman çox sevmişəm, müasir sənət muzeylərini xüsusilə izləyirəm.

– Sənət kolleksiyanız üçün hansı dövrü izləyirsiniz?

– Evdə bir çox hərracdan aldığım heykəl və portretlərdən ibarət kolleksiyam var. Daha çox modern dövrə aid əsərlərdən ibarətdir. Mənim də tərzim belədir. Məsələn, qədim bir otaq görəndə mütləq içərisinə müasir bir toxunuş əlavə etmək istəyirəm.

– Gərgin iş rejimindən sonra necə dincəlirsiniz?

– Yoqa. Uzun müddətdir əla bir yoqa müəlliminin təlimatları ilə yoqa ilə məşğulam. Bütün sinir sistemimi sıfırlayır. Ruhumu, zehnimi və bədənimi rahatladır. Eyni zamanda evdə məşq edirəm və gərgin iş rejimində mənə yaxş təsir edir.

– Smart telefonunuzda ən çox istifadə etdiyiniz mobil tətbiqlər hansılardır?

– Müxtəlif səyahət məkanları, qastronomiya, dizayn, stil, həyat tərzi və yeni trendləri izləyə bildiyimə görə Instagram mənim üçün birincidir. Xüsusilə Reels, səyahət edənlər üçün gediləcək yeri tanımaq, nə ilə qarşılaşacağını bilmək üçün gözəl fürsətdir.

Son xəbərlər
Digər xəbərlər