9 C
Baku
Sunday, November 17, 2024

İstanbulda rəsmi qaydada Azərbaycan məktəbi açılacaq

İstanbulda rəsmi qaydada bir və ya iki Azərbaycan məktəbinin açılması nəzərdə tutulub.

Bunu Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrım bildirib.

O deyib ki, hazırda bu istiqamətdə fəaliyyətlər aktivləşdirilib. Bu, hər iki dövlətin təhsil nazirlikləri tərəfindən tanınacaq, dəstəklənəcək və bu təhsil müəssisəsi Türkiyənin dərs proqramlarına uyğunlaşdırılacaq bir sistemlə fəaliyyət göstərəcək.

Ş.Ayrım Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri və AK Parti İstanbul millət vəkili olaraq daha çox bu şəhərdə yaşayan Azərbaycan vətəndaşlarının xüsusən də təhsil və yaşamaq icazəsi ilə bağlı problemlərlə əlaqədar ona çox müraciət etdiklərini qeyd edib:

“Biz də zamanla bu soydaşlarımızın problemlərini dilə gətiririk və həlli üçün istər bir millət vəkili olaraq qanuni yollarla dəstək veririk, istərsə də soyadışımız olaraq humanitar şəkildə kömək edirik. Azərbaycan vətəndaşlarının Türkiyədə yaşamaq icazəsinin qanuniləşdirilməsi istiqamətində bir sıra fəaliyyətlər həyata keçirilib və hazırda bu işlər davam edir. O soydaşlarımızın övladlarının, nəvələrinin də İstanbulda qanuni yolla yaşamaq və təhsil alması istiqamətində dəstəklər verdik və veririk. Məsələn, bir neçə Azərbaycan məktəbləri var ki, rəsmi şəkildə olmasa da, fəaliyyət göstərir. Biz də onlara mənəvi dəstək olduq. Amma artıq iki qardaş ölkənin müttəfiqlik münasibətlərinə yaraşan bir şəkildə, rəsmi qaydada İstanbulda Azərbaycan məktəbi fəaliyyət göstərəcək”.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər