11 C
Baku
Monday, April 14, 2025

İstanbulda Rusiya və ABŞ danışıqları başlayıb

Rusiya və ABŞ nümayəndə heyətləri İstanbulda danışıqlara başlayıb. Rusiya Xarici İşlər Nazirliyinin daha əvvəl verdiyi məlumata görə, görüşdə iki ölkənin səfirliklərinin işinin normallaşdırılması müzakirə olunacaq.

Məsləhətləşmələrdə Rusiya tərəfini ABŞ-dəkı səfir Aleksandr Darçiyev, Amerika tərəfini isə Rusiya və Mərkəzi Avropa məsələləri üzrə dövlət katibinin müavini Sonata Kulter təmsil edir.

Xatırladaq ki, əvvəlki Rusiya-Amerika məsləhətləşmələri fevralın 28-də baş tutub və Rusiya Xarici İşlər Nazirliyinin verdiyi məlumata görə, “müzakirələr mənalı və işgüzar şəkildə keçib”.

Fevralın 18-də ABŞ və Rusiya nümayəndələri Ər-Riyadda görüşüblər. Digər görüş martın 24-də amerikalıların Ukrayna nümayəndə heyəti ilə danışıqları zamanı baş tutub. Vaşinqton bunları Moskva ilə Kiyev arasında “dolayı müzakirələr” kimi xarakterizə edib və digər məsələlərlə yanaşı, Qara dənizdə təhlükəsiz daşınma məsələsini müzakirə edib.

Son xəbərlər
Digər xəbərlər