21 C
Baku
Wednesday, June 4, 2025

İstanbulda Rusiya və Ukrayna danışıqları başa çatıb – Yenilənib

18:01

İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında baş tutan danışıqlar başa çatıb.

***

16:32

İstanbulun Çırağan sarayında Ukrayna müharibəsinin həlli ilə bağlı Rusiya və Ukrayna nümayəndə heyətləri arasında birbaşa danışıqlar başlayıb.

İstanbulda keçirilən danışıqların ikinci raundunda Rusiya nümayəndə heyətinin tərkibi dəyişməz qalıb. Ukrayna nümayəndə heyəti isə dəyişib: üç yeni nümayəndə daxil edilib, biri çıxarılıb. Nümayəndə heyətinə ölkənin müdafiə naziri Rustem Umerov rəhbərlik edir.

Xatırladaq ki, daha əvvəl Ukrayna nümayəndə heyəti Almaniya, İtaliya və Böyük Britaniya nümayəndələri ilə görüşüb, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin sözçüsü Qeorqi Tixi bildirib.

Rusiya və Ukrayna arasında son üç ildə ilk birbaşa görüş “1000-ə 1000” düsturuna əsasən məhbus mübadiləsi ilə nəticələnib. Tərəflər həmçinin “mümkün atəşkəs”i necə gördüklərini ətraflı şəkildə təqdim etməyə razılaşıblar.

Son xəbərlər
Digər xəbərlər