22:47 – Rusiya və Ukrayna nümayəndə heyətləri arasında üçüncü raund danışıqlar İstanbulda yekunlaşıb.
Bu barədə TASS agentliyi məlumat yayıb.
Məlumata görə, nümayəndə heyətlərinin tam tərkibdə görüşü yerli vaxtla saat 20:37-də başlayıb və təxminən 40 dəqiqə davam edib.
***
20:40 – İstanbulda Türkiyə-Rusiya-Ukrayna üçtərəfli görüşü keçirilir.
Görüş yerli vaxtla 19:00-da başlayıb.
Daha sonra, Rusiya və Ukrayna nümayəndə heyətlərinin ikitərəfli görüş keçirəcəyi gözlənilir.