24 C
Baku
Friday, April 26, 2024

İstefa vermiş prezidentlər pul qazanmaq üçün hansı yollara əl atırlar?

Oktyabrın ortalarında Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev, boş vaxtlarında rəsm çəkməyi sevdiyini deyərək hər kəsi təəccübləndirdi. Əslində, o tək deyil: məsələn, ABŞ prezidenti Corc Buş (kiçik) da siyasətdən gedəndən sonra rəssamlıqla məşğul oldu. Nazarbayevdən fərqli olaraq Buş mənzərələr deyil, portretlər çəkir. Prezident həm öz həmkarlarının, həm də ev heyvanlarının portretlərini çəkməyi sevir.

Bunda  əlavə, Buş Texasda yeni liderlərin inkişafı və siyasət araşdırmaları ilə məşğul olan əməkdaşlarla birlikdə öz adına institut açıb. Amerikanın digər prezidentləri də istefa verdikdən sonra aktiv fəaliyyətə qatılıblar. Belə ki, Corc Vaşinqtondan sonra ikinci olan Con Adams, konqresmen oldu və ölənə qədər (17 il) bu vəzifəni tutdu. ABŞ-ın 27-ci prezidenti Hovard Taft, bir müddət ərzində Yel Universitetində professorluq edib, daha sonra Ali Məhkəmənin rəhbəri vəzifəsinə gəldi.

Cimmi Karter

ABŞ-ın 39-cu prezidenti Cimmi Karter isə sülhməramlı yolunu seçdi və 2002-ci ildə “Dünyadakı münaqişələrin sülh yolu ilə həll edilməsi və insan hüquqları uğrunda mübarizədə göstərdiyi səylərə” görə Nobel mükafatına layiq görüldü (ondan başqa ABŞ-ın daha üç prezidenti Nobel laureatı olmuşdur – Teodor Ruzvelt, Vudro Vilson və Barak Obama). 10 ildən çoxdur ki, Karter ABŞ-ın Şimali Koreya, Efiopiya, Uqanda, Bosniya və Sudandakı qeyri-rəsmi nümayəndəsinin vəzifələrini icra edir. Onun təsis etdiyi “Carter Center” adlı qeyri-hökumət təşkilatı 1982-ci ildən insan hüquqları və xeyriyyəçilik fəaliyyəti ilə məşğuldur. Cimmi Karter ölkələrin sabiq liderləri arasında ən uzunömürlü olanlar sırasındadır – oktyabrın 1-də onun 95 yaşı tamam oldu.

ABŞ-ın ən son sabiq prezidentləri əsasən mühazirələr deməklə (deyilənə görə, onlar bir mühazirəyə $50 və $500 min pul alırlar), hazırkı liderlərə məsləhətlər verməklə və xeyriyyə sahəsində aktiv fəaliyyətlə məşğuldurlar

Məsələn, Bill Klinton HİV xəstəliyi, qlobal istiləşmə və yoxsulluq kimi problemlərlə mübarizə layihələrini həyata keçirən “Clinton Foundation” xeyriyyə fondunu təsis edib. Böyük Britaniyanın keçmiş baş naziri Toni Bler isə “Səyahət” adlı kitabın müəllifi olsa da, daha çox siyasi məsləhətçi kimi tanınır. Mediada yayılan  məlumata görə, Qazaxıstan rəhbərliyinin bir müşaviri olaraq Bler $6 mln. çox pul alır. Britaniyanın Aİ-dan çıxması ilə bağlı referendumdan sonra Bler siyasətə qayıtdığını açıqladı.

Gerhard Şroeder, 1998-2005-ci illərdə Almaniyanın  kansleri, istefadan sonra özünü biznes dünyasında tapdı. 2008-ci ildə siyasətçi “Şimal axını” səhmdarlarının komitəsinə rəhbərlik etməyə başlayır, 2017-ci ildə isə “Rosneft” in direktorlar şurasının sədri vəzifəsinə seçilir.

Postsovet ölkələrində bu günki günə qədər sağ qalan sabiq prezidentlər azdır. Qırğızıstanın birinci lideri Askar Akayev Moskva Dövlət Universitetinin aparıcı elmi işçisidir və bir saytda deyildiyi kimi “o, Viktor Sadovniç və Andrey Korotaev ilə birlikdə 2010-cu ilin dekabrında qlobal maliyyə və iqtisadi böhranın ikinci dalğasını proqnozlaşdırmışdır”.

Roza Otunbayeva 1Qırğızıstan Respublikasının “Keçid prezidenti” Roza Otunbayeva, “keçmişlərin” ən aktiv olanlardan biridir.

  • Sabiq prezidentliyinin institutun özü, istefa verən prezidentlər bölgəmizdə yeni bir şeydir, – deyə Roza Otunbayeva ötən yay çıxışlarının birində bildirir. -Və o ayağa qalxmalıdır. Bu çox vacibdir! Mən Madrid Klubunun üzvüyəm və bizdə Şərqi Avropa ölkələrindən üç-dörd nəfər nümayəndə var. Monqolustandan iki prezident, klubun sədri Bill Klinton, MDB ölkələrindən isə mən və Mixail Serqeeviç Qorbaçov.

Bu arada, Qorbaçov haqqında danışaq. O, SSSR dövlətinin süqutundan sonra “aktiv” olan yeganə prezidentdir: Beynəlxalq sosial-iqtisadi və siyasi elm tədqiqatları fondu (Qorbaçov Fondu) və Beynəlxalq Yaşıl Xaç kimi təşkilatlar təsis edib. 1996-cı ildə prezident seçkilərində iştirak etsə də, lazımi qədər səs toplaya bilməyib. Buna baxmayaraq, siyasətçinin uğurlarını da qeyd etmək yerinə düşərdi – Mixail Qorbaçov 1990-cı ildə “Beynəlxalq birliyin həyatının əhəmiyyətli hissəsini xarakterizə edən sülh prosesində aparıcı rol oynadığına” görə Nobel mükafatına layiq görükmüşdü.

Bu mükafatı alan prezidentlər sırasına Anvar Sadat, Oskar Sançes, Kim De Jung və Xuan Santos daxildir.

Ukraynanın beş sabiq prezidentindən üçü – Leonid Kravçuk, Leonid Kuçma, Viktor Yuşenko – siyasətdən tamamilə ayrılıblar və vaxtaşırı varislərinin andiçmə mərasimlərində və televiziya şoularında görünürlər. Onların sevimli məşğuliyyətləri haqqında geniş məlumat yoxdur.

Gürcüstanın keçmiş liderlərindən Mixail Saakaşvili (2004-2013) daha çox seçilir. Qeyd edək ki, daha əvvəl  siyasətçi dövlət vəsaitlərini mənimsəməkdə və səlahiyyətlərindən sui-istifadə etməsinə görə ittiham olunub. Ukraynaya köçən Saakaşvili yenidən siyasi fəaliyyətə qatılaraq birinci Odessa bölgəsinin rəhbəri və müşaviri, sonra isə Poroşenkonun apponentinə çevrildi. 2018-ci ilin fevralında Polşaya sürgün edilən Saakaşvili, 2019-cu ilin mayında Ukraynanın yeni prezidenti olan Vladimir Zelenskinin göstərişi ilə Kiyevə qayıdır.

Görünür, sənət sahəsinə maraq göstərən yeganə prezident Finlandiyanın lideri Tarya Halonen oldu: 2015-ci ilin yazında o, Avropanın ən böyük muzey kompleksi olan Fin Milli Qalereyasının idarə heyətinin sədri vəzifəsinə təyin edilmişdir.

Ümumiyyətlə, hakimiyyətdə olan qadınlar haqqında məlumat o qədər də aydın deyil. Məsələn, “dünyanın ilk qadın prezidenti” adı uğurunda dörd qadın mübarizə aparır: İslandiya prezidenti Vigdis Finnbogadouttir (1980-19960, ÇXR-in başçısı Sun Tsinglin (1968-1972), Monqolustanın Böyük Xuralın rəyasət heyətinin sədri Yanjmaa Sukhbaataryn (1953-1954-cü illərdə 7 ay) və Tuva Xalq Respublikasının Kiçik Xuralın sədri Hertek Anchimaa (1940-1944).

Onlar sırasında yalnız Vigdis demokratik yolla seçilmişdi. İstefa verdikdən sonra qadın bir daha teatra qayıtmadı və İslandiya dilinin və mədəniyyətinin qorunması, ksenofobiya və irqçiliyə qarşı mübarizə apararaq YUNESKO-nun xoşməramlı səfiri oldu.

Dünyanın ən kasıb prezidenti olan Xose Muxika, istefa verəndən sonra rekord ölçüdə kələmin yetişdirilməsi ilə məşğul olmağa başladı.

Xose Muxika 1Qeyd edək ki, hələ hakimiyyətdə olarkən Xose Muxika qazancının 90%-ni xeyriyyəçiliyə verirdi və ayda $775 ilə kifayətlənirdi. O, Montevideonun paytaxtı yaxınlığında həyat yoldaşının fermasında yaşayıb, bağda işləyirdi. İstefadan sonra Muxikanın həyatında demək olar ki, heç nə dəyişmədi.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər