Azərbaycanda istehlak krediti üzrə bazarın 35%-inə “Kapital Bank” ASC sahibdir. Onun istehlak kreditlərinin həcmi ilin ilk yarım ilinin sonuna 1.83 mlrd. manat olub.
Banker.az-ın tərtib etdiyi siyahının ikinci pilləsində ABB 871 mln. manatla bazarın 17%-nə sahibdir.
Top10 bank ümumi istehlak krediti bazarının 88%-nə sahibdir.