8 C
Baku
Thursday, December 12, 2024

İstehlak krediti müqaviləsinin əsas şərtləri

Çətin iqtisadi vəziyyət banklara istehlak kreditinin həcmini artırmağa mane olmur. Bugünkü gündə bir çox insanlar kreditə müraciət edirlər. Əfsuslar olsun ki, bəziləri öz üzərilərinə öhdəsindən gələ bilməyəcəkləri öhdəliklər götürür. Ticarət mərkəzlərində kredit üzrə məsləhətçilər müştəriləri kreditləşmənin mənfi cəhətləri haqqında xəbərdar etməyə tələsmirlər. 

Kredit götürmək istəyənlərin nəzərinə:

1. Ucuz kreditlərin arxasıyca qaçmayın.
2. Kreditin tam məbləğini dəqiq hesablayın.
3. Kredit müqaviləsinin şərtlərini yaxşı oxuyun.

İstehlak kreditlərinin müqavilələrində bir sıra xoşagəlməz xüsusiyyətlər olur. Bəzən asan anlaşılan şərtlərdə komissiya haqqları, cərmələr gizlənilir. Bu və digər hiylələrdən qaçmaq üçün biz sizə kredit müqaviləsinin şərtlərini diqqətlə oxumağı məsləhət görürük.

  1. Kreditin tam məbləğini düzgün hesablayın. Bura kredit faizləri, komissiya haqqları, cərimələr də daxildir. Burada banklar hiylə işlədərək əlavə xərclər əlavə edir.
  2. Vaxtından öncə kreditin ödənilməsi. Sizin maliyyə vəziyyətiniz yaxşılaşdığında təbii ki, siz krediti vaxtından öncə bağlamaq istəyəcəksiniz. Kredit müqaviləsində kreditin vaxtından öncə ödənilməsi haqqında şərtin olub olmadığını yoxlayın. Bəzən kredit verənlər bu cür imkanlara görə əlavə cərimlər təyin edirlər.
  3. Kreditin ödənilməsinin dəqiq qrafiki. Siz kreditin ödənilməsi üzrə müddətlərə diqqətlə riayət etməlisiniz. Əks halda, krediti vaxtında ödəmədiyiniz üçün cərimə olunacaqsınız.
  4. Kreditin ödənişinin gecikdirilməsinə görə bank bir sıra cərimələr və əlavə faizlər tətbiq edə bilər.
  5. Kredit götürən kredit müqaviləsinin şərtlərini pozduqda ona qarşı cərimələrin tətbiq olunması. Bu şərt mütləq kredit müqaviləsində qeyd olunmalıdır.
Son xəbərlər
Digər xəbərlər