Statistika onu göstərir ki, bu gün ölkədə cəmi kredit qoyuluşu 20 697.2 mln manat təşkil edir. Cəmi bir ay ərzində isə bu göstəricidə 11% -dən çox artım müşahidə olunur. Hazırda bu kreditlər üzrə vaxtı keçmiş kreditlər isə 1138,2 mln manat təşkil edir ki, bud a ümumi kredit qoyuluşunun 5.5% – i deməkdir.
Hazırda ölkədə bir çox bankların kreditləşməni dayanmasına baxmayaraq, hazırda ən çox kredit ayrılan sahə isə istehlak kreditləridir. Lakin bu ay istehlak kreditlərinin xüsusi çəkisi azalaraq 43%-ə düşüb.
Hazırda istehlak kreditlərindən sonra xüsuai çəkisi daha çox olan sahə isə ticarət və xidmət sektorudur. Belə ki, ticarət və xidmət sahəsi üzrə 2971,3 mln manat kredit qoyuluşu olub ki, bu kreditlərin də xüsusi çəkisi 14,8% təşkil edib. Həmçinin digər sahələr üzrə də kifayət qədər artımlar müşahidə olunub. Aşağıdakı cədvəldə hansı sahəyə daha çox kredit qoyuluşunun olduğu qeyd olunub.