İstehlak kreditlərinin ölkə üzrə çəkisi böyüyür – rəqəmlər

Azərbaycanda istehlak kreditlərinin ölkə üzrə kreditləşmədə payında önəmli dəyişiklik baş verib. Ümumi kreditlərin  44%-i istehlak kreditləri təşkil edib, bu öncəki il  41% idi.

1 dekabr 2019-cu il tarixdə ölkə üzrə 15 milyard 116,4 milyon manat ümumi kredit qoyuluşunun 6 milyard 597,5 milyon manatını istehlak kreditlərinin həcmi təşkil edib, bu illik müqayisədə 29% artım olması deməkdir.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

İstehlak kreditlərinin 1 milyard 229,8 milyon manatı (ötən ilin eyni dövründə 893,2 mln. manat) qısamüddətli, 5 milyard 367,7 milyon manatı (4 milyard 214,5 milyon) isə uzunmüddətli kreditlər olub.

Kredit təşkilatlarının təqdim etdiyi kreditlərin 5 milyard 775,7 milyon manat və müştərinin gəlir valyutasına uyğun olmaqla (ABŞ dolları, avro və s.) xarici valyutada isə 821,8 milyon manat istehlak krediti verilmişdir.

 

 

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər