10 C
Baku
Monday, November 18, 2024

İstehlak kreditlərinin təhlilində 6C metodu özünü daha çox doğruldur

Banker.az saytı kredit təhlili mövzusunda araşdırmalarını davam etdirir. Budəfəki müsahibimiz dəfə Bank of Baku-nun, İstehlak Kreditləri Bölməsinin aparıcı eksperti Fərid Kərimovdur.

İstehlak kreditinin təhlili nədən başlayır? Hansı metod və addım birinci olmalıdır və ya olması tövsiyə ediləndir?

– İstehlak Kreditlərində təhlil ilkin olaraq müştərinin ödəniş qabiliyyətinin öyrənilməsindən başlayır. İkinci növbədə isə həmən gəlir yerinin davamlı olması da vacib amillərdən biridir. Fikrimcə birinci bu addımların atılması tövsiyə ediləndir.

MKR-in istehlak kreditlərinin təhlili prosesindəki rolunu necə qiymətləndirirsiniz, məhz hansı risklərin qarşısı MKR-in zəhməti nəticəsində alınmışdır?

MKR-in İstehlak kreditlərinin təhlilində böyük rolu vardır. Çünki müştəri kredit üçün müraciət etdikdə müştərinin faktiki gəlirlərinə uyğun olaraq ödəyə biləcəyi maksimal məbləğ verilir. (Müştərinin istəyinə əsasən). Lakin biz həmən vaxt digər banklarda olan borclarını görə bilmirik. MKR sayəsində digər bankdakı öhdəliklərinə əsasən ödənişlərini hər kredit üzrə paylaşdırmış oluruq ki, bununla da bank riskləri azalmış olur.

Sizcə istehlak kreditlərinin təhlilində 5C, 6C və ya CAMEL kimi metodlardan hansıları özünü doğruldur?

Mən 6C təhlil metodundan istifadəsini daha uyğun sayardım çünki sıralaması digər metodlara baxdıqda daha məqsədəuyğundur və özünü çox vaxt doğruldur.

  • C – Character (müştərinin xarakteri)
  • C – Condition ( şəraiti)
  • C- Collateral ( təminatı)
  • C- Capital
  • C- Control
  • C- Capacity

Kredit sahəsində olan hər kəs bilir ki, istehlak kreditlərində dərindən təhlil müştəri narazılığına səbəb olur – ona görə bu işdə balansın qorunması yaxşı strategiya sayılır. Bu tipli digər hansı strategiyaları qeyd edə bilərsiniz?

1) Təkrar müştərilərə daha loyal yanaşma

2) Müəyyən seqmentlərə güzəştli yanaşma və s.

İstehlak kreditləri verilən zaman bəzən alınan malı (misal üçün televizoru) bank girov götürür – sizcə bu metodika köhnəlməyib ki? Hazırda onun effekti varmı?

Xeyr, fikrimcə köhnəlməyib. Ona görə ki, ümumiyyətlə bank sektorunda çox vaxt bu prosedur müvafiq orqanlar tərəfindən ümumiyyətlə həyata keçirilmir. Belə ki, kredit ödəyən şəxs bilsə ki, ödənişlərində hər hansı bir problem yaranacağı təqdirdə aldığı mal və yaxud da əşya müsadirə ediləcək, bu halda öhdəliklərinə daha məsuliyyətli yanaşar. Zənnimcə, bunun kimi effektiv metodika ola bilməz.

Son xəbərlər
Digər xəbərlər