Ötən il Azərbaycan Mərkəzi Bankı tərəfindən requliativ çərçivəyə yenidən baxılıb, istehlak kreditləşməsinin sərtləşdirilməsi ilə yanaşı borcalan üzrə risk kateqoriyası 120%-dən 200%-ə qədər artırılıb.
Bunu Mərkəzi Bankın Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin direktoru Fuad İsayev “Aqrobiznesin inkişafı forumu”un panel müzakirəsində çıxışı zamanı bildirib.
“Bu da faktiki olaraq kredit təşkilatlarının, xüsusilə bankları qeyd etmək istəyirəm, xarici valyutada müştərilərin kreditləşməsi üçün daha çox kapital bazasına malik olmaları deməkdir”, deyə F. İsayev əlavə edib.