12 C
Baku
Monday, November 10, 2025

İstehlak məhsullarının satışı 5% artıb

Bu ilin yanvar-fevral aylarında elektron pərakəndə ticarət şəbəkəsində 2 mln. manatlıq istehlak məhsulları satılıb.  Dövlət Statistika Komitəsindən verilən xəbərə görə, 2015-ci ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə istehlak məhsulları 5% çox satılıb.

Elektron şəbəkə vasitəsi ilə qeyri-ərzaq məhsullarının satışının dəyəri əvvəlki ilin yanvar-fevral aylarının səviyyəsini real ifadədə 4,7% üstələyərək 1960,8 min manata bərabər olub.

Report

Son xəbərlər
Digər xəbərlər